AzEdu.az xəbər verir ki, pilot layihənin məqsədi DİM-in fəaliyyəti üzrə daxili nəzarət mexanizminin formalaşdırılması və təkmilləşdirilməsi ilə digər dövlət orqanlarında daxili nəzarət mexanizminin qurulmasına yardım göstərməkdir. Təlim iştirakçıları SIGMA-nın təcrübəli eksperti olan Andra Larin tərəfindən “COSO” daxili nəzarət sisteminin əsas komponentləri, prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyası barədə təqdimatı dinləyib, fikir mübadiləsi aparıblar.
İştirakçılar üçün ingilis dilindən Azərbaycan dilinə və əksinə tərcümə xidməti təmin edilib.
Qeyd edək ki, təlimin 22 və 26 iyul tarixlərindəki sessiyaları pilot layihəyə qoşulmuş dövlət orqanlarının nümayəndələrindən ibarət işçi qrupu üçün keçiriləcəkdir.