Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-16 16:11:00
"Bu universitetimizi  bitirənlər  özlərinə  mükəmmək karyera qura biləcəklər"- Millət vəkili 

 

 

BANM qədər tələbənin qayğısına qalan 2-ci universitetə rast gəlməmişəm”.

 

AzEdu.az  xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev şəxsi  feysbuk  səhifəsində yazıb:

 

Bakı Ali Neft Məktəbi  14 iyul 2021-ci il tarixdə Məzun günü  keçirib. Bu haqda görüşlərini yazan millət vəkili Etibar Əliyev bildirib ki, universitet öz tələbələrinə üç məsələdə üstünlük verməlidir:

 

“Birinci üstünlük: Geniş biliklər qazanmaq və peşəkar həyat yoluna qədəm qoymaq imkanları yaratmalıdır. Tədqiat aparmaq bacarığı formalaşdırmalıdır.

 

İkincisi diplomdur: Karyeranın başlanğıc bütün məzunlara eyni sualllar verilir. İxtisasınız nədir və nəyi bitirmisiniz?  Ali məktəb, məzunun təfəkkürünün strukturunu anlamağa kömək etməlidir. Tələbələrin fizionomiyasından və davranışlarından onların təfəkkürü haqqında fikir söyləmək mümkündür.

 

Üçüncü üstünlük: Həyatın sonrakı mərhələlərində faydalı olan əlaqələr yaratmaqdır. Düzgün seçilmiş ali məktəb, düzgün dostluq, mükəmməl karyera qurmağa təminat yaradır. Ən yüksək balla düzgün ixtisas seçimini, Ali məktəb dəyərləndirməli və bu uğuru daha da dərinləşdirməlidir”.

 

Millət vəkili həmçinin məzunları təbrik edib:

 

“Düşünürəm ki, BANM məzunları özlərinə mükəmməl karyera qura biləcəklər və gələcəkdə bir-biriləri ilə geniş əlaqələr yaratmaqla ölkədə insan kapitalının inkişafına töhfələrini verəcəklər.

Məzunlara uğurlar arzulayıram!

 

Son olaraq qeyd edək ki,  Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisasını bitirən Zahir Ağayev dünyada tanınan 14 universitetə qəbul olub. O, müraciət etdiyi ABŞ-ın 15 ali məktəbindən 13-nə qəbul edilib. Həmin universitetlərdən 7-si Zahir Ağayevə tam təqaüd təklif edib.

 

Təqaüd təklif edən universitetlərdən 4-ü doktorantura üzrədir. Bu isə bakalavr məzunu üçün olduqca yüksək göstəricidir.

 

Gülcahan Məmmədova