Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 17:42:00
UNEC rektoru ən yüksək nəticəli məzunla görüşüb-FOTO

 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin rektoru  Ədalət  Muradov  bu  il  universiteti  ən  yüksək  nəticə  ilə  bitirən  məzunla  görüşüb.

 

AzEdu.az  xəbər  verir  ki,  rektor  bu  barədə  öz  feysbuk  hesabında  paylaşım  edərək  məzuna  uğurlar  arzulayıb.

 

Rektorun  paylaşımını  təqdim  edirik:

 

“2021-ci il üzrə UNEC-i ən yüksək nəticə ilə bitirən məzunumuz Aydan Hüseynova ilə görüşdüm. Qazandığı bilik və bacarıqların yeni uğurlara vəsilə olmasını arzulayır, UNEC adını fəxrlə daşıyaraq böyük hədəflərə gedən yolda müvəffəqiyyətlər diləyirəm”.