Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-15 16:54:00
İmtahanlarda istifadə edilən test tapşırıqları ən müxtəlif qabiliyyət göstəricilərini əhatə edib  

İmtahanlarda istifadə edilən test tapşırıqları ən müxtəlif qabiliyyət göstəricilərini əhatə edib.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi canlı yayımda bildirilib. Qeyd edilib ki, abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunub. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır.

 

III və II ixtisas qrupu üzrə test tapşırıqları ilə bağlı DİM-in əməkdaşları tərəfindən keçirilən geniş izahat Mərkəzin yutub və feysbuk səhifələrində canlı yayımlanır.

 

Xatırladaq ki, iyulun 14-də III ixtisas, iyulun 15-də isə II ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.