Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 17:48:00
BDU-nun Şəhid məzunu Cavid Manafovun barelyefinin açılış mərasimi keçirilib

Azedu.az xəbər verir ki , Bakı Dövlət Universitetinin məzunu, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cavid Manafovun yaşadığı ünvanda barelyefinin açılış mərasimi keçirilib.

 

 

Mərasimdə şəhid anaları, ictimai xadimlər, millət vəkilləri , rayon icra hakimiyyətinin nümayəndələri və BDU-nun bir qrup kollektivi  iştirak edib. Tədbirdə təhsil aldığı müddətdə nümunəvi tələbə kimi seçilən Cavid Manafovun həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının qəlbində daim yaşayacağı, gələcək nəsillər üçün örnək olacağı qeyd edilib.

 

 

Şəhid Cavid Manafovun anası - Natəvan Manafova bütün şəhid anaları adından göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. O, vətən torpağı uğrunda rəşadətlə döyüşərək şəhid olan əsgər anası kimi fəxr etdiyini bildirib.

 

 

Mərasimdə şəhidin döyüş yolundan danışılıb, onun haqqında xatirələr yada salınıb.

 

Gülcahan Məmmədova