Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-13 13:47:00
“Məktəblinin dostu” komandası qalib olub  

Təhsil Nazirliyinin futbol üzrə daxili çempionatının final oyunu və qalib komandaların mükafatlandırılması mərasimi keçirilib.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, yarışda ümumilikdə 12 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Final oyununda “Məktəblinin dostu” və “Təhsil İnstitutu” komandaları qarşılaşıb. “Məktəblinin dostu” komandası rəqibini 7:2 hesabı ilə məğlub edərək çempionatın qalibi olub.

Komandaların mükafatlandırılması mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov iştirak edib.

Xatırladaq ki, mayın 22-də başlanan çempionatın keçirilməsində əsas məqsəd futbol idman növünün kütləviliyinin təmin edilməsi və asudə vaxtın səmərəli təşkilindən ibarətdir.