Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 14:15:00
Qəbul imtahanlarına 168 bina ayrılıb  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 168 imtahan binası, 2873 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 168 ümumi imtahan rəhbəri, 473 imtahan rəhbəri, 3748 nəzarətçi–müəllim, 380 buraxılış rejimi əməkdaşı, 168 bina nümayəndəsi cəlb edilib.

 

Xatırladaq ki, qəbul imtahanları respublikanın 23 şəhər və rayonunda təşkil olunacaq.