Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-12 11:23:00
6 mindən çox subbakalavr ərizəsini təsdiqlədib  

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq etməlidirlər.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra DİM-in müvafiq internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:20-yə olan məlumata görə, 6319 subbakalavr elektron ərizəsini təsdiqlədib.