Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-11 15:00:00
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) 2021-ci ilin II rübü üzrə tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb.

TKTA-dan bildirilib ki, 712 müraciətçinin 516-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 196 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 110, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 66, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 11, digər səbəblər üzrə 9 nəfərin müraciəti barədə mənfi qərar verilib.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 211, Ukraynadan 190, Türkiyədən 176, Gürcüstandan 36, Böyük Britaniyadan 34, digər ölkələrdən isə 65 müraciət qeydə alınıb.

Hüquqşünaslıq üzrə 100, iqtisadiyyat üzrə 68, menecment üzrə 46, maliyyə və kredit üzrə 38, biznesin idarə edilməsi üzrə 30 nəfər müraciət edib.

Bildirilib ki, II rüb ərzində sənədlərə ortalama baxılma müddəti 16 gün olub.