Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-10 14:28:00
“SABAH” qruplarına test imtahanı başa çatıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Xaçmaz və Lənkəranda təşkil olunan “SABAH” qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi (test imtahanı) başa çatıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan saat 10:00-da başlanıb və 2 saat davam edib. İmtahanda 1689 tələbənin iştirakı nəzərdə tutulurdu. İmtahan nəticələri yaxın 3-4 gün ərzində elan olunacaq.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 11 imtahan binası, 124 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 11 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 163 nəzarətçi-müəllim, 22 buraxılış rejimi əməkdaşı (mühafizə), 11 bina nümayəndəsi nəzarət edib.