Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-10 11:24:00
DİM bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı verən abituriyentlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi (DİM) bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı verən abituriyentlərə müraciət edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iyulun 14, 15 və 16-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında iyunun 21 –dən iyulun 1-dək qeydiyyatdan keçən abituriyentlər üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanları keçiriləcək.

 

İyulun 14-də və ya 15-də ixtisas qrupları üzrə qəbul imtahanı olan abituriyentlər qabiliyyət imtahanını qeyd edilmiş 3 imtahan gününün hər hansı birində verə bilərlər.

 

İmtahana gələrkən abituriyent aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər.
- qabiliyyət imtahanına buraxılış vərəqəsini;
- sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

c) imtahana buraxılış vərəqi (test imtahanı).
Məşqçilik (61), Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (62) komissiyaları üzrə qabiliyyət imtahanına gələcək hər bir abituriyent komissiyaya sağlamlıq haqqında arayış təqdim etməlidir (forma 86). İmtahana gələrkən idman forması gətirməyən abituriyentlər qabiliyyət imtahanlarına buraxılmırlar.