Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-09 16:48:00
Prezident təqaüdü alan BANM tələbəsi yol qəzasında ÖLDÜ

Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kurs tələbəsi Bəhmən Musayev dünən axşam ağır yol qəzasında dünyasını dəyişib.

Bu barədə BANM-dan bildirilib.


Qeyd edilib ki, Bəhmən 2018-ci ildə BANM-a 690 balla qəbul olunmuşdu, Prezident təqaüdçüsü idi.


Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da tələbənin ailəsinə başsağlığı verib.


"Dünən ali məktəbimizin 3-cü kurs tələbəsi Bəhmən Musayev ağır yol qəzası nətisəsində dünyasını dəyişib. Bəhmən çox istedadlı, bilikli və bacarıqlı tələbələrimizdən biri idi. O, 690 bal toplayaraq ali məktəbimizə qəbul olunmuşdu. Bu bütün BANM ailəsi üçün ağır itkidir. Mərhumun ailəsinə, yaxınlarına və BANM ailəsinə dərin hüznlə başsağlığı verirəm",- rektor bildirib.

 

Modern.az