Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-07 13:18:00
Ali Attestasiya Komissiyasının sədri: 2020-ci ildə beynəlxalq elmi nəşrlərdə 2000-ə yaxın məqalə dərc olunub  

Dövri elmi nəşrlərin daxil olduğu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərində dərc edilən məqalələrin sayına görə ölkələrin siyahısında Azərbaycan son dövrlərdə əhəmiyyətli irəliyəyiş əldə edib. 2014-cü ildə “Web of Science” bazasında dərc edilən elmi işlərin sayı 527 idisə, 2020-ci ildə bu rəqəm 1787 olub.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev AAK və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Azərbaycanda təhsilin doktorantura səviyyəsində keyfiyyət təminatı və elmi-tədqiqat müəssisələrinin akkreditasiya prosesinin gücləndirilməsi barədə birgə layihəsinin təqdimatında bildirib.

O diqqətə çatdırıb ki, dərc olunan məqalələrin 93 faizi fizika-riyaziyyat, texnika, Yer, biologiya və tibb elmləri, 7 faizi isə humanitar və ictimai elmlər sahəsindədir. (azertac)