Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 18:00:00
DİM ehtiyat kadrların elektron sorğu sistemindən istifadə qaydalarına dair onlayn təlim keçirib

Dövlət qulluğunda ehtiyat kadrlarla işin səmərəli təşkili məqsədilə dövlət orqanları və Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təcrübəli əməkdaşlar sırasından ehtiyat kadrlarla iş üzrə məsul şəxs müəyyən edilib. Məsul şəxs ehtiyat kadrlarla işin qanunvericiliyin tələblərinə uyğun qaydada təşkilinə, habelə ehtiyat kadrların elektron sorğu sisteminə məlumatların operativ və düzgün daxil edilməsinə bilavasitə cavabdehlik daşıyır.

DİM-dən AzEdu.az-a bildirilib ki, Mərkəz tərəfindən iyulun 6-da “Zoom” platforması vasitəsilə ehtiyat kadrların elektron sorğu sistemindən istifadə qaydaları mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə dövlət orqanlarının müəyyən etdiyi 70-ə yaxın ehtiyat kadrlarla iş üzrə məsul şəxs iştirak edib. Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov dövlət qulluğunda ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi, habelə ehtiyat kadrların analoji vəzifələrə təyin edilməsi və bununla bağlı yaranan çətinliklər, görülməsi nəzərdə tutulan tədbirlər barədə iştirakçılara məlumat verib.

Eyni zamanda, Mərkəzin Dövlət qulluğu məsələləri şöbəsinin Vəzifə təlimatları və elanlarla iş sektorunun müdiri Rüfət Ağayev ehtiyat kadrların elektron sorğu sistemində elektron sorğuların göndərilməsi və cavablandırılması, müxtəlif parametrlər üzrə axtarış aparma imkanı, ehtiyat kadrlar barədə hesabatların əldə edilməsi, habelə ehtiyat kadrlarla işin qanunvericiliyin tələblərinə uyğun təşkili, o cümlədən analoji vəzifələrin müəyyən edilməsi barədə iştirakçılara məlumat verib.