Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 13:34:00
İmtahanın nəticələri 2 günə açıqlanacaq - RƏSMİ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dünən I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələri yaxın günlərdə açıqlanacaq.
 
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib. O bildirib ki, həmçinin canlı yayım vasitəsilə abituriyentlərin sualları cavablandırılacaq.

“Bu gündən etibarən imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Yaxın 2-3 gün ərzində imtahan nəticələri açıqlanacaq. Həmçinin iyulun 20-də həm “Facebook”, həm də “Youtube” vasitəsilə canlı yayımımız olacaq”.