Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-06 12:10:00
Təsviri sənət istiqaməti üzrə imtahanlar iyulun 17-nə keçirilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” 2021-ci il 1 iyul tarixli Qərarına əsasən, 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, bununla əlaqədar olaraq təsviri sənət istiqaməti üzrə iyulun 19-na nəzərdə tutulan imtahanlar iyulun 17-nə keçirilib.

 

Qabiliyyət imtahanına buraxılış vərəqəsində 19 iyul tarixi üçün rəngkarlıq (10) komissiyasının rəngkarlıq imtahanı və heykəltaraşlıq (12) komissiyasının yapma imtahanı qeyd edilmiş abituriyentlər 17 iyul tarixində imtahana gəlməlidirlər. Bu abituriyentlər yenilənmiş buraxılış vərəqələrini DİM-in saytından çap edə bilərlər.