Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 15:13:00
Azərbaycan İlahiyyat İnstitutunda yaz semestri başa çatıb  

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020-2021-ci tədris ili yaz semestrinin başa çatması ilə əlaqədar onlayn iclas keçirilib.

 

İnstitutdan AzEdu.az-a bildiriblər ki, iclasda Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tələbələrə institutda həyata keçirilən dil kurslarında, müxtəlif müsabiqələrdə fəal iştirak etməyi tövsiyə edib. O, təhsilalanlar üçün yay və qış məktəblərinin təşkili, respublikamızın müxtəlif bölgələrinə səfərlərin reallaşdırılması, Mövlanə və Erasmus+ proqramları çərçivəsində xarici ölkələrdə təhsilin davam etdirilməsi məsələlərinə toxunub.

 

Rektor keçən yay imtahan sessiyasında göstəricilərinə əsasən müxtəlif adlı təqaüdlərə layiq görülən tələbələri təbrik edib.

 

İmtahan sessiyası müddətində əldə etdikləri nəticələrə (ÜOMG) əsasən, təhsilalanlara tələbə təqaüdləri ilə yanaşı, adlı təqaüdlər də verilir.

 

Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.