Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-19 12:40:00
Bun fəndə müəllim olmaq istəyənlər arasında qadınların sayı çoxdur - NAZİRLİK

Müəllim olmaq istəyənlər arasında qadınların sayı kişilərdən kəskin fərqlənir.

AzEdu.az xəbər verir ki, bu fikiri müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsini ictimayyət nümayəndələrinin izlədiyi vaxt, Təhsil Nazirliyi insan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib:

İmtahanlarda iştirak edənlər, əsasən, son illərin məzunlarıdır. İbtidai sinif müəllimliyi üzrə imtahanlara qatılanlar arasında qadınların sayı kişilərdən xüsusilə çoxdur. Onun sözlərinə görə, digər fənlərdə bu fərq azalır. Tədbirdə iştirak edən digər şəxslər də imtahanlarla bağlı fikirlərini bölüşüblər.

Millət vəkilləri dini baxışlarına görə namizədlərə olan münasibətlə də maraqlanıblar. M.Vəliyeva suala cavab verərək bildirib ki, imtahanlarda iştirak etmək istəyən namizədlərə heç bir məhdudiyyət qoyulmayıb. Dini dünyagörüşündən asılı olmayaraq, pedaqoji təhsilli, bu peşəyə layiq olan hər kəs müəllim ola bilər. Əsas odur ki, müəllim dərsdə dini dünyagörüşünü təbliğ etməsin.

Ekspertlər müllimlərin iştirak etdiyi imtahanların nəticələrinin təhlil edilib-edilməməsi ilə maraqlanıblar. Bu barədə E.Bağırov məlumat verərək deyib ki, işləyən müəllimlərin diaqnostik qiymətləndirməsinin təhlili aparılıb. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda aparılan təhlillərin nəticələrinə uyğun olaraq müəllimlər müxtəlif istiqamətlər üzrə təlimlərə cəlb ediliblər. Bunun da nəticəsi olaraq müəllimlərin peşəkar səviyyəsində ciddi irəliləyişlər müşahidə olunur.

M.Vəliyeva əlavə edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi tamamilə başa çatsa da, 2018-ci ilin may ayında təkrar diaqnostik qiymətləndirmə keçirilib. Bu dəfə iştirak edənlərin 90 faizə qədəri imtahanlara təkrar qatılanlar olub. Bununla da diaqnostik qiymətləndirmə başa çatıb. “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə görə artıq müəllimlərin sertifikasiyası həyata keçiriləcək və bu da onların peşəkar inkişafında, karyerasında xüsusi rol oynayacaq.

Millət vəkili Elman Nəsirli imtahan prosesinin təşkilini yüksək qiymətləndirib: “Bu cür şəraitdə imtahan verib uğursuz nəticə göstərən namizəd günahı özündə axtarmalıdır. Hesab edirəm ki, bu, unikal bir şansdır. Müsabiqədə iştirak edib həm işə qəbul olunur, həm də yüksək maaş alanlar siyahısına daxil olursan. Bu gün həm də onun şahidi oldum ki, müəllimlik peşəsinin nüfuzu bərpa olunub. Hər gün hörmətdən düşmüş bir peşənin necə dirçəldiyinin şahidi oluruq. Bir vaxtlar müəlimliyi atanlar indi öz peşəsinə qayıtmaq üçün can atır, çaba göstərirlər”.

Millət vəkili Tahir Mirkişili müəllimliyin artan nüfuzunda yaradılan ədalətli rəqabət mühitinin rolunu xüsusi qeyd edib: “İmtahanları çox yüksək qiymətləndirirəm. Xüsusən, təşkilati cəhətdən çox yüksək səviyyə müşahidə etdim. Müəllim olmaq istəyənlər üçün bərabər imkanların yaradılması, şəffaflıq şəraitində mübarizə mühiti formalaşdırılması, nəticədə ədalətli rəqabətin təmin edilməsi müəllimliyin nüfuzunun artmasında olduğu qədər, müəllimlərin peşəkar inkişafında – gələcəkdə daha sağlam nəslin yetişməsində çox önəmlidir”.

Baş redaktor Elçin Mirzəbəyli isə bu fikirdədir ki, bu proses ali təhsil pilləsində də tətbiq edilməlidir: “Təşkilatçılıqdan tutmuş bu istiqamətdə həyata keçirilən bütün proses marağıma səbəb oldu. İmtahanları bu səviyyədə təşkil etməyin çətin olduğunu bilirəm. Bu çətinliyin öhdəsindən gəlib təhsil sahəsində şəffaflığa nail olunması çox müsbət haldır. Bir vaxtlar təhsildən uzaqlaşan, indi isə bu sahəyə qayıtmaq istəyən və qayıdan yaxınlarım da var. Təhsilə bu münasibət artıq kütləviləşib və bunda, heç şübhə yoxdur ki, Təhsil Nazirliyinin həyata keçirdiyi islahatların çox böyük rolu var. Ümid edirəm bu proses gələcəkdə ali təhsil müəssisələrində də tətbiq ediləcək”.

Təhsil eksperti Etibar Əliyev imtahanların nəticələrinin təhlilinə zərurət olduğunu vurğulayıb: “İmtahanlar çox şəffaf təşkil edilib. Hesab edirəm ki, imtahanların nəticələrinin təhlilinə də önəm verilməli, hətta əvvəlki illərin nəticələri ilə müqayisəli təhlili aparılmalıdır. Əvvəlki illərlə müqayisədə müəllimliyə namizədlərin imtahanlarında hansı tendensiyanın müşahidə edildiyi müəyyənləşdirilməlidir”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlər ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 suala 90 dəqiqə ərzində cavab verirlər.