Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 12:12:00
Xəzərdəki həmin vulkan 1945-ci ildə püskürübmüş - Qurban Yetirmişli  

Xəzər dənizində çox sayda palçıq vulkanları var və mütəmadi olaraq aktivləşirlər.



AzEdu.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. 

 

O qeyd edib ki, dünən Xəzərdə partlayışla müşahidə edilən vulkan, 1945-ci ildə püskürübmüş:

 

“Daşlı adasında iyulun 4-də saat 21:51-də palçıq vulkanı püskürüb. Püskürmənin davamlılığı 8 dəqiqə davam edib. Vulkanın dərinliyi 1,48 km, gücü 2,17 ml olub”.