Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 16:34:00
Azərbaycanda koronavirusa yoluxanların sayı sağalanları üstələyib, 1 nəfər ölüb  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 1 nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 336 047 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 219 nəfər müalicə olunaraq sağalıb, 4 974 nəfər vəfat edib, aktiv xəstə sayı 854 nəfərdir.

Ölkədə son sutka ərzində 8871, hazırkı dövrədək isə 3 749 303 test aparılıb.