Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 15:55:00
Subbakalavr həm də abituriyent kimi müsabiqədə iştirak edə bilər?- Rəsmi CAVAB

 

Subbakalavrlar  təhsil  aldıqları  ixtisasa  uyğun  olan ixtisas  üzrə  ali  təhsil  müəssisələrinə  imtahansız  qəbul  olmaq  şansına  mailkdirlər.

 

 

Bəs subbakalavrlar ümumi qaydada qəbul imtahanında iştirak edib həm subbakalavr, həm də abituriyent kimi müsabiqədə iştirak edə bilərlərmi?

 

AzEdu.az  bununla  bağlı  Dövlət  İmtahan  Mərkəzinin  məlumatını  təqdim  edir:

 

“Bəli, iştirak edə bilərlər. Belə olan halda, həmin şəxslərin abituriyent və subbakalavr kimi seçdiyi ixtisas eyni ixtisas qrupuna aiddirsə, o zaman müsabiqədə qəbul imtahanından topladığı balla iştirak edirlər. İxtisaslar fərqli qruplara aiddirsə, subbakalavr kimi seçdiyi ixtisasların müsabiqəsində müvafiq ixtisas qrupu (ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərtinə bərabər bal əsasında, abituriyent kimi seçdiyi ixtisasların müsabiqəsində isə qəbul imtahanından topladığı bal əsasında iştirak edirlər”.

 

Qeyd  edək  ki, yaxın  günlərdə  subbakalavrların  ali təhsil  müəssisələrinə  qeydiyyatı  başlayacaq.