Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-29 12:13:00
BMU-da növbəti magistr dissertasiyalarının müdafiəsi keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) 2020/2021-ci tədris ilində magistratura səviyyəsində İdarəetmədə informasiya sistemləri  ixtisası üzrə (ingilis bölməsi)  təhsil alan magistrantların dissertasiyalarının müdafiəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, onlayn təşkil olununan müdafiə prosesində 1-i xarici ölkə vətəndaşı olmaqla, ümumilikdə 6 tələbə öz dissertasiya mövzularını müdafiə ediblər.

 

Təqdimatları ilə çıxış edən magistrantlar komissiya üzvlərinin suallarını yüksək səviyyədə cavablandırıblar.

 

Sonda komissiyanın qərarı ilə cavablar dəyərləndirilib, 5 tələbə əla və 1 tələbə isə çox yaxşı qiymətə layiq görülüblər.