Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-26 12:54:00
Dövlət İdarəçilik Akademiyasının tələbələrindən nümunəvi addım-FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) İnzibati idarəetmə fakültəsinin menecment ixtisasının 20/1 və 20/2 qrupunda təhsil alan 2-ci kurs tələbələri 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə nümunəvi aksiya həyata keçirib.

 

AzEdu.az xəbər verir ki, tələbələr torpaqlarımızın azadlığı uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərinin iştirakı ilə tədbir təşkil edib.

 

Tədbirdə 53 şəhid övladına velosiped və müxtəlif hədiyyələr təqdim edilib. Qeyd olunub ki, şəhid övladlarına diqqət göstərmək, onları sevindirmək hər birimizin müqəddəs borcudur. Tələbələr belə tədbirləri mütəmadi olaraq keçirəcəklərini də bildirib.