Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-18 11:50:00
“Abituriyentlər ikinci imtahanda daha üstün bal toplayacaqlar” - PSİXOLOQ

“Ümumiyyətlə abituriyentlərə ikinci dəfə imtahan şansı verilməsi  onların psixoloji durumuna çox müsbət təsir edir. Çünki onlar ilk dəfə imtahan verdikdən sonra artıq müəyyən mənada sınaqdan çıxmış kimi oldular”.

 Bu sözləri AzEdu.az-a açıqlamasında psixoloq Gülər Məmmədova bildirib.

Onun sözlərinə görə, abituriyentlərin bir qismi artıq ali məktəbə lazım olan balı topladığı üçün çox rahatlayıb:

“Onlar ikinci imtahana biraz da üstün bal toplamaq məqsədilə daha rahat şəkildə, psixoloji durumu çox hüzurlu, güvənli gedirlər. Amma bir qismi isə yetərli bal toplamadığına görə ikinci imtahana daha böyük ümid bəsləyərək gedir. Bu onların ilk imtahanı hesab olunur. Ona görə, bu imtahana daha israrlı, böyük həvəs maraqla hazırlaşıb gəlirlər. Məncə, ikinci imtahan şansı  onların psixoloji dayanıqlılığını artırır, həm də onların imtahan həyəcanını azaldır. Deyərdim ki, valideynlərdə də rahatlıq yaranır. Bildirdiyim kimi lazım olan balı toplayanlar daha rahat olur, digərlərindəki rahatlıq isə imtahanın ikincə dəfə olmasına görədir. Onlarda həyəcan  azalır”.

Qeyd edək ki, bugünki imtahanda 26332 abituriyentin iştirakı nəzərdə tutulub.