Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-25 09:48:00
UNEC rektoru  tələbələrə  mürciət  ETDİ

 

Azərbaycan  Dövlət  İqtisad  Universitetinin rektoru  Ədalət  Muradov  universitetin  tələbələrinə  müraciət  edib.

 

AzEdu.az  xəbər  verir  ki, rektor  bu  barədə  öz  feysbuk  hesabında  qeyd  edib.

 

Rektor  müraciədə  tələbələri  şənbə  günü  keçiriləcək “Açıq  qapı”da müzkirəyə  dəvət edib:

 

“İnboxa təhsil haqqı, təkrar imtahana icazə, imtahanla, apelyasiya ilə bağlı və sair birbaşa dekanlara, apelyasiya komissiyasına aid olan məsələlərlə bağlı çoxlu sayda müraciətlər daxil olur. X.e. bu kimi məsələlərə dair ilk olaraq aidiyyəti üzrə müraciət edin. Həllini tapmayan müraciətlərinizi isə hər həftənin şənbə günü keçirəcəyim ”Açıq qapıda“ mənimlə müzakirəyə dəvət edirəm.  Hər birinizə uğurlar arzulayıram”.

 

Son  olaraq  rektor  tələbə  tərəfindən  ona  ünvanlanan  suala  cavab  olaraq  bildirib  ki, semestr  imtahanlarında  kəsilən  tələbələr  üçün  yay  məktəblərinin  online  olaraq  təşkil  edilməsi  nəzərdə  tutulub.