Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 12:26:09
Ekspertdən MİQ imtahanındakı çatışmazlıqlara sərt reaksiya - “Bunu edənlər vəzifəsindən azad olunmalıdır”

“Bildiyiniz kimi, 16 iyuldan Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üçün imtahanlara başlayıb. İlkin olaraq, imtahanda ibtidai sinif müəllimləri iştirak ediblər. Elə imtahan başlayan kimi, təqdim edilən test tapşırıqlarında səhvlər və qüsurlar ortaya çıxmağa başladı”.

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Onu sözlərinə görə, ekpertə verilən test tapşırığı nümunələrində bunun həqiqətən də belə olduğu ortaya çıxıb:
“Təəssüf ki, iştirakçılara təqdim etdiləm test tapşırıqları onlara verilmir ki, iddiaçı həm səhv etdiyi suallara aydınlıq gətirsin, həm də əlində fakt olsun.

İkinci çatışmazlıq odur ki, imtahan iştirakçıları test tapşırıqları ilə bağlı şikayət, irad və etirazlarını bildirmək istədiyi bir qurum tapa bilmirlər. Sualların məzmunu ilə bağlı şikayət etmək istəyənlər TN-ə müraciət ediblər.

Ekspert deyib ki, MİQ imtahanlarının DİM-in keçirməsini təklif edəndə əsaslarıım var idi:

“Birincisi, DİM keçirdiyi bütün növ imtahanların öncədən proqram və ədəbiyyat siyahısını təqdim edir. İkinci, DİM keçirdiyi bütün növ imtahanlarda təqdim olunan test nümunəsini təqdim edir. Həmçinin, DİM keçirdiyi bütün növ imtahanlardan sonra Apelyasiya Komissiyası yaradır, imtahanın gedişi, test tapşırıqları ilə bağlı kimin nə sualı, iradı, şikayəti varsa, gəlir, birbaşa həm DİM - in rəsmi nümayəndəsinə, həm də test tapşırığını seçən, yazan adama sözünü deyir. İrad az da olsa, həqiqət varsa, bu, iddiaçının xeyrinə həll olunur. Yoxsa , TN -ə keçən il keçirilən imtahandakı test tapşırığı ilə bağlı müraciətimə 1 ildir ki, cavab verən yoxdur. Ümid 2023-cü ilədir və səbirsizliklə gözləyirəm... Həm də DİM - ə test tapşırığı ilə bağlı irad tutanda müraciət edənə elmi cavab yazırlar”.

K.Əsədov vurğulayıb ki, ibtidai sinif müəllimi olmaq istəyən iddiaçılara test tapşırıqları I-IV sinif proqramını əhatə etməli olduğu halda, VII-VIII sinfin materiallarından test tapşırığı təqdim olunub:
“Bu, onu göstərir ki, MİQ imtahanını keçirənlərin tədris proqramından xəbərləri yoxdur.
Səhv test tapşırığına görə bu işi həyata keçirənlər vəzifəsindən azad edilməli, hər səhv test tapşırığına görə iştirakçılara 2 bal verilməlidir. Çünki onlar kiminsə səriştəsiz və məsuliyyətsizliyinə görə, o test tapşırığına çox vaxt sərf ediblər, stres keçiriblər. Bir neçə səhv test tapşırığı nümunəsi də təqdim edirəm. Bu məndə olan səhv test tapşırığı nümunələrindən bir hissəsidir:

1) Mücərrəd mənalı sözlər soruşulan test tapşırığında 2 variantda da mücərrəd var idi;

2) 16 iyul saat 09:00-da olan imtahanda 37-ci sualda yanlışlıq olub. Kvadratlarla bağlı sualdır. Doğru cavab isə verilmiş cavablar arasında olmayıb.