Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-06 09:40:00
Növbəti TOEFL iBT və SAT Subject imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzində SAT Subject və TOEFL iBT imtahanları keçirilib.

Mərkəzdən AzEdu.az-a bildirilib ki, koronavirusla (COVID-19) əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

SAT imtahanında 1 əcnəbi olmaqla 51 nəfər iştirak edib. Bu imtahana qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar.

TOEFL iBT imtahanında isə 1 əcnəbi olmaqla 14 nəfər iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

Növbəti TOEFL iBT imtahanının iyunun 19-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında DİM-in saytında verilmiş linkdən ətraflı məlumat əldə etmək olar.