Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 11:36:00
“Erasmus+” beynəlxalq mübadilə proqramına qəbul başlanıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələri (doktorant, magistr və bakalavr) Türkiyənin İsparta şəhərində yerləşən Süleyman Dəmirəl Universitetində “Erasmus+” beynəlxalq mübadilə proqramı çərçivəsində iştirak edə bilərlər.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, müəllimlər üçün mübadilə müddəti növbəti akademik tədris ili ərzində 1 həftə nəzərdə tutulub. Tələbələr üçün isə müddət növbəti akademik tədris ilinin payız və ya yaz semestri üçün olacaq.

"Erasmus+” beynəlxalq mübadilə proqramına müraciətlərin qəbulu iyunun 14-dək davam edəcək.