Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-01 16:12:00
DİM “The GRE® General Test” imtahanları ilə tanışlıq vebinarı təşkil edib

Dövlət İmtahan Mərkəzi (DİM) “ETS Global” təşkilatı ilə əməkdaşlıq çərçivəsində “The GRE® General Test” imtahanları ilə tanışlıq vebinarı keçirib.

DİM-dən AzEdu.az-a bildirilib ki, vebinar “Zoom” platforması vasitəsilə ingilis dilində keçirilib. Tədbirə ingilis dili müəllimləri və ingilis dilini öyrənmək, bacarıqlarını qiymətləndirmək istəyən 53 nəfər qoşulub.

Vebinarın spikeri, “ETS Global” təşkilatının nümayəndəsi, akademik əlaqələr və ingilis dilinin tədrisi üzrə koordinatoru - Yasemin Arşın təqdimatında GRE® imtahanına qeydiyyat, imtahan strukturu, nəticələr və hazırlıq resursları barədə ətraflı məlumat verib.
Vebinar iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.

Xatırladaq ki, GRE (Graduate Record Examinations) imtahanı dünyanın bir çox ali təhsil müəssisələrində magistr, MBA, doktorantura təhsili almaq üçün tələb olunan və təqaüdlərin verilməsi zamanı diqqət yetirilən göstəricilərdən biridir.

GRE® imtahanı da daxil olmaqla, DİM-in keçirdiyi digər beynəlxalq imtahanlarla bağlı keçiddən istifadə edərək ətraflı məlumat əldə etmək mümkündür.