Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 16:02:00
Mübariz İbrahimov adına liseyin şagirdləri üçün imtahan keçiriləcək  

Dövlət İmtahan Mərkəzi əldə edilmiş razılığa əsasən bu il Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin V-XI sinif şagirdlərinin qiymətləndirilməsi üçün buraxılış və qəbul imtahanlarının əhatə etdiyi fənlər üzrə imtahanlar keçirəcək.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata görə, imtahanlar Biləsuvar şəhərində yerləşən Mübariz İbrahimov adına Təhsil Kompleksinin inzibati binasında təşkil olunacaq.

 

İmtahanlar cədvəldə qeyd olunan siniflər və fənlər üzrə Azərbaycan dilində aparılır. İmtahan müxtəlif günlərdə 2 mərhələdə keçiriləcək. Hər bir mərhələdə sualları cavablandırmaq üçün şagirdlərə 120 dəqiqə vaxt verilir.

 

İlk imtahanın keçirilməsi iyun ayında nəzərdə tutulub və dəqiq tarix barədə məlumat veriləcək.