Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 14:02:00
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 28 şəhər və rayonda təşkil olunacaq  

İyunun 2-3-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları respublikanın 28 şəhər və rayonunda təşkil olunacaq.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, həmin şəhər və rayonlarda ümumilikdə 185 imtahan binası, 3051 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 185 ümumi imtahan rəhbəri, 503 imtahan rəhbəri, 3702 nəzarətçi-müəllim, 370 buraxılışı rejimi əməkdaşı (mühafizə), 185 bina nümayəndəsi ayrılıb.

 

İyunun 2-də keçiriləcək imtahanda 18 min 609, iyunun 3-də keçiriləcək imtahanlarda isə 20 min 438 nəfər olmaqla, ümumilikdə 39 min 47 şagirdin iştirakı nəzərdə tutulur.

 

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.