Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-31 12:12:00
BMU-da “Beynəlxalq İnformatika Olimpiadası”nın Azərbaycan milli komandasına seçim turu keçirilib  

Bakı Mühəndislik Universitetində (BMU) Təhsil Nazirliyinin təşkil etdiyi məktəblilərin “Beynəlxalq İnformatika Olimpiadası”nın (International Olympiad in Informatics-IOI) Azərbaycan milli komandasına seçim turu keçirilib.

 

AzEdu.az xəbər verir ki, mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilən müsabiqədə ümumtəhsil məktəblərindən 29 şagird iştirak edib.

 

Müsabiqə IOI qaydaları əsasında 2 turdan ibarət olub. Məktəblilərə hər turda 3 alqoritmik məsələni 5 saat ərzində həll etmək (proqramını tərtib etmək) və avtomatik qiymətləndirmə sistemi ilə sınaqdan keçirmə tapşırığı verilib.

 

Yekun qiymətləndirməyə əsasən, ən yaxşı nəticə göstərən 4 şagird 19-25 iyun tarixlərində Sinqapurda onlayn qaydada baş tutacaq 33-cü “Beynəlxalq İnformatika Olimpiadası”nda Azərbaycanı təmsil edəcəklər.