Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-28 13:37:00
Metodik Dəstək Mərkəzinə 91 müraciət daxil olub  

Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) “Qaynar xətt”i gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, may ayı ərzində “Qaynar xətt”ə metodist və tədris işçilərinin 91 müraciəti daxil olub. Müraciətlərin 73-ü yerində cavablandırılıb, 18-i isə aidiyyəti üzrə yönləndirilib. Müraciətlərlə bağlı statistik məlumatlarla daha ətraflı infoqrafikada tanış olmaq mümkündür.

 

Qeyd edək ki, MDM-in “Qaynar xətt”i pandemiya dövründə metodistlərin və tədris işçilərinin müraciətlərini qəbul etmək məqsədilə yaradılıb.