Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-27 22:40:57
"İlin Gənc Müəllimi-2021"müsabiqəsinin mükafatlandırılma mərasimi  AzEdu MMC və Milli Məclisdə keçirildi - FOTOLAR

AzEdu Təhsil Portalı, Milli Məclisin Mədəniyyət Komitəsi və “Gənc müəllim" şəbəkəsinin təşkilati dəstəyi ilə keçirilən  “İlin Gənc Müəllimi - 2021" müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib.

 

Tədbir Milli Məclisin Mədəniyyət Komitəsində baş tutub. Mükafatlandırılma mərasimini Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva  giriş nitqi ilə açıb, daha sonra müəllimlərlə həmsöhbət olub. Həmçinin müəllimlər özlərini təqdim edərək, fəaliyyətləri haqda geniş məlumat veriblər.

 

“İlin Gənc Müəllimi - 2021" müsabiqəsinin təşkilatçılarından AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nuri də çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Həmçinin tədbirin təşkili üçün Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya xüsusi təşəkkürünü bildirib. O, müsabiqədə iştirak edən müəllimlərə də minnətdarlığını ifadə edib.

 

Tədbirin yekununda müəllimlərlə xatirə fotoları çəkilib və onlara qiymətli hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, Xətai rayonu, 27 nömrəli tam orta məktəbin İnformatika müəllimi, Vətən Müharibəsi iştirakçısı, (Şuşa, Füzuli, Cəbrayıl və Xocalı istiqamətində gedən döyüşlərin  iştirakçısı)  Səlimov Elvin Zahid oğlu ən yüksək göstərici ilə “İlin gənc müəllimi-2021” müsabiqəsində birinci yerə layiq görülüb. 

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi  Möhsünova Təranə Nəcəf qızı 76,4 balla  ikinci yerə layiq görülüb. (Münsiflər: 62,7, səsvermə - 13,7).

 

 

Üçüncü yerə isə ümumilikdə 73,4 bal toplayan Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin Kimya müəllimi Məmmədov Rəvan Kərim oğlu sahiblənib. (Münsiflər: 62,2; səsvermə:11,2)

 

 

Digər 7 yeri isə ardıcıllıqla diqqətinizə çatdırırıq:

 

 

4.Əzizova Mələk - Azərbaycan Britaniya Kolleci – 66,1 bal ( Münsiflər:63; Səsvermə: 3,1)

5.İsmayılova Gülnar - Laçın rayon Mişni kənd tam orta məktəbi; 63,8 bal ( Münsiflər:51,8; Səsvermə:-12)

6.Bayramova Gülər– Cəlilabad şəhər Z.Əliyeva adına 7 nömrəli tam orta məktəb – 62,2 (Münsiflər: 51,5, səsvermə:10,7)

7.Babayeva Aysel -5 N-li Respublika xüsusi internat məktəbi; 61,8 bal (Münsiflər: 49,5; səsvermə:12,3)

8.Rzazadə Babək - Astara şəhər 1 saylı tam orta məktəb; 61,3 bal (Münsiflər:57,2; səsvermə:4,1)

9.Rüstəmli Nemət - Ağdam rayon 91 nömrəli tam orta məktəb;60,4 bal (Münsiflər: 51,3; səsvermə:9,1)

10.Alızadə Aysel - Şəmkir rayon Düyərli kənd 2 saylı tam orta məktəb; 59,4 bal; (Münsiflər: 47,2; səsvermə:12,2)