Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-27 11:00:00
Yerə tərəf iki təhlükəli asteroid uçur

İki böyük asteroid mayın 27-də və iyunun 1-də Yer kürəsinə kifayət qədər yaxın məsafədən keçəcək.

AzEdu.az xəbər verir ki, bu barədə Yerətrafı Obyektlərin Tədqiqi Mərkəzinin (CNEOS) mətbuat xidməti məlumat yayıb.

Alimlərin hesablamalarına əsasən, Nyu-Yorkdakı Azadlıq heykəli böyüklüyündə olan 2021 JF1 adlı birinci kosmik obyektin diametri 94 metrdən 210 metrə qədərdir. O, saniyədə 17 kilometr sürətlə hərəkət edir və planetimizin yanından mayın 27-də ötəcək.

Diametri 150-350 metr təşkil edən (Parisdəki Eyfel qülləsi böyüklükdə) ikinci obyekt - 2021 КТ1 astroidi saniyədə 18 kilometr sürətlə uçur və o, iyunun 1-də Yerdən 13 milyon kilometr aralı keçəcək.