Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-26 16:41:00
Gəncədən lisey şagirdləri Respublika tələbə-şagird elmi konfransında məruzə edib, sertifikata layiq görülüblər

Gəncədən lisey şagirdləri Respublika tələbə-şagird elmi konfransında məruzə edib, sertifikata layiq görülüblər.

Gəncə şəhər, Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin şagirdləri Özləm Əhmədli və Hikmət Əhmədli Azərbaycan Dillər Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və şanlı Azərbaycan” adlı Respublika tələbə-şagird elmi konfransında iştirak və çıxış ediblər.

 

Konfrans dörd paneldən ibarət olub və Özləm Əhmədli “Ənənəvi və onlayn təhsilin aktual problemləri” bölməsində “Şagirdsiz qalan məktəb yolları”, Hikmət Əhmədli isə “Xarici dillərin qloballaşan dünyada əhəmiyyəti” bölməsində “Salam, Hello, Bonjour, Zdravstvuy” mövzusunda məruzə ediblər.

 

Şagirdlər ənənəvi və onlayn təhsilin üstünlükləri və çatışmazlıqları, xarici dillərin əhəmiyyəti və rolu haqqında danışıb, verilən sualları cavablandırıblar. Şagirdlər tezis və məruzələrini elmi rəhbərləri, liseyin Azərbaycan dili müəllimi Qətibə Məmmədova və xarici dil müəllimi Vəfa Həmidovanın rəhbərliyi ilə hazırlayıblar. Şagirdlər rektor Kamal Abdullanın imzası ilə sertifikata layiq görülüblər. Qeyd edək ki, Respublika tələbə-şagird elmi konfransının materialları çap ediləcək.