Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-23 15:14:00
AzTU SABAH mərkəzinin 11 universitetin tələbələri üçün İT təlimləri başa çatıb- FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH mərkəzinin təşəbbüsü ilə martın 1-dən başlayan İT (informasiya texnologiyaları) təlimlərinin bağlanış mərasimi keçirilib.

 

AzEdu.az xəbər verir ki, rektor Vilayət Vəliyev təlimlər haqqında qonaqlara məlumat verib. Bildirib ki, 11 ali təhsil müəssisəsində təhsil alan SABAH qrupları tələbələri üçün təşkil olunan təlimlər iki ay davam edib və uğurla başa çatıb. Qeyd olunub ki, İT təlimləri 5 fərqli istiqamətdə keçirilib. Təlimçilər müxtəlif müəssisələrdə və şirkətlərdə çalışan AzTU SABAH məzunlarından və müəllimlərindən təşkil edilib. Rektor iştirakçılara uğurlar arzu edib və belə təlimlərin mütəmadi keçiriləcəyini bildirib.

 

Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev təlimin keçirilməsini yüksək qiymətləndirib. O, gələcəkdə SABAH qrupları üzrə digər ixtisaslarda da belə təlimlərin təşkilini tövsiyyə edib. Görüşdə Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsi rəhbərinin tələbələrlə iş üzrə müavini Sevinc Əliyeva və AzTU SABAH mərkəzinin rəhbəri Aytən Sadıqova da iştirak edib.

 

Qeyd edək ki, İT təlimlərində 200 tələbə iştirak edib. Təlimi uğurla bitirən 56 tələbə sertifikat, təlimçilər isə təşəkkürnamə ilə təltif olunub.