Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-23 14:48:00
ADNSU-da “Universitetdən karyeraya uğurlu keçid” mövzusunda seminar keçirilib  

Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AzerGold QSC –nin təşkilatçılığı ilə “Universitetdən karyeraya uğurlu keçid” mövzusunda onlayn seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda ADNSU-nun  İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin əməkdaşları, tələbələr həmçinin digər ali təhsil müəssisələrinin tələbələri iştirak edib. Seminarda çıxış edən  AzerGold QSC-nin İnsan resurslarının idarə edilməsi şöbəsinin aparıcı mütəxəssisi Valid Əliyev CV və resume formasının hazırlanması,  müsahibə formaları və müsahibəyə hazırlıq, işə qəbul prosesi və müraciət yolları  haqqında geniş təqdimatla çıxış edib.

 

Sonda tələbələrin sualları cavablandırılıb. Seminarda aktiv iştirak edən tələbələr mükafatlandırılıb.