Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 16:56:00
TKTA Texniki Universitetin əməkdaşları üçün onlayn təlimlər keçirir  

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları üçün onlayn təlimlərə start verib.

 

AzTU-dan AzEdu.az-a  bildirilib ki, təlimlər agentliklə universitet arasında imzalanmış təlim xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən təşkil olunub. Mayın 19-dan başlayan təlimlər bir ay müddətində davam edəcək. Təlimlər strateji idarəetmədə keyfiyyət təminatı, daxili keyfiyyət təminatı və xarici keyfiyyət təminatı istiqamətlərində müxtəlif mövzularda keçiriləcək.

 

Təlimçi beynəlxalq təcrübəyə malik mütəxəssis, TKTA-nın Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasovdur.