Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 15:44:00
Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən gənclərə yeni imkan yaradılır  

 

İnformasiya texnologiyaları ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin  tələbələri, həmçinin məzunlar, iş axtaran gənclər və karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən gənclərin şəxsi inkişafı və məşğulluğunun təmin edilməsi, eləcə də karyera quruculuğu üçün bir neçə mərhələli proqramlaşdırma təlim sessiyasından ibarət olan “TechYouth” layihəsinin açılış tədbiri baş tutub.

 

AzEdu.az-ın layihə İT sahəsi üzrə davamlı inkişaf edən bazarın tələblərinə uyğun ixtisaslı kadrların yetişdirilməsi, onların real iş şəraitində təcrübə əldə etməsini qarşıya  məqsəd olaraq qoyub.

 

Yarandığı gündən gənclərin sosial və fərdi inkişaf, karyera platforması olan Gənclərin İnkişaf və Karyera Mərkəzi və proqramlaşdırma sahəsində böyük təcrübəyə sahib olan “TechAcademy”nin təşkilatçılığı ilə həyata keçirilən layihənin açılış tədbiri rəsmilərin və təlim iştirakçılarının iştirakı, layihənin təqdimatı və müzakirələrin fonunda davam edib.

 

Layihə ərzində iştirakçılara proqramlaşdırma sahəsi ilə bağlı peşəkarlar tərəfindən dərslər keçirilərək onların bu sahə üzrə özəl və dövlət sektorunun tələblərinə uyğun şəkildə yetişdirilməsi nəzərdə tutulub.

 

Layihədə iştirak üçün 500-dən artıq müraciət daxil olub və onlar arasından 140 potensiallı gənc seçilərək müsahibə və test mərhələsinə dəvət olunub. Nəticədə müraciətlər arasından seçilən 10 nəfər gənc layihənin iştirakçısına çevrilib.

 

Proqramda öz sahəsinin peşəkarı olan təlimçilər tərəfindən dərslər keçiriləcək və “Full Stack Veb Proqramlaşdırma” (PythonBootcamp), “Full Stack Veb Proqramlaşdırma” (Python), “Front End Veb” Proqramlaşdırma (RaectJS), “UX/UI Dizayn” (Web Dizayn), “QA Manual Testing” proqramlarını əhatə edəcək.