Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-20 15:30:00
Azİİ e-Kitab Evinin bazasına daxil olan yeni nəşrlərin təqdimatı keçirilib  

Mayın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azİİ e-Kitab Evinin bazasına daxil olan yeni kitabların təqdiamatı keçirilib. Onlayn formatda keçirilən tədbir universitetin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

 

AzEdu.az xəbər verir ki, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova çıxış edərək tədbir iştirakçılarına bazaya daxil olan yeni kitablar haqqında məlumat verib. Bildirib ki, bugünkü online tədbirimiz aparıcı neft şirkətlərindən biri olan BP şirkəti tərəfindən hədiyyə olunmuş 4 adda 330 nüsxədən ibarət yeni kitabların təqdimatınına həsr olunub. Ümimilikdə BP Azərbaycan şirkəti tərəfindən Azİİ e-Kitab Evinin bazasına 13 adda 1400-ə yaxın kitab daxil olub. Onların sərgiləri təşkil olunub və hər biri haqqında oxuculara məlumat verilib.

 

Tədbirdə ADNSU-nun professorları – Lətafət Qardaşova, Qəzənfər Süleymanov çıxış edərək yeni kitabların əhəmiyyətindən danışıblar və belə nəşrlərin oxucular, xüsusilə ADNSU tələbələri üçün vacib nüsxələr olduğunu vurğulayıblar. Tələbə Nərminə Məmmədova isə çıxış zamanı onların keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə razılığını bildirib və kitab evinə yeni daxil olan nəşrlərdən də faydalanacağını deyib.

 

Qeyd edək ki, kitabxananın bazasına yeni daxil olan kitablar “Marketinqin əsasları”, “Pul, bank və maliyyə bazarlarının iqtisadiyyatı”, “Sosial elmlərdə keyfiyyət tədqiqat metodları” və “Kütləvi kommunikasiya mediası” nəşrləridir. Kitabların Azərbaycan dilinə tərcüməsi və nəşri BP-yə aiddir. S.Mahmudova qeyd edib ki, kitablar əsasən tələbələrin və müəllimlərin, habelə iqtisadi nəzəriyyələr və siyasətlər üzrə ixtisaslaşan geniş auditoriya üçün nəzərdə tutulub. Yüksək keyfiyyətə və nəfis tərtibata malik olan kitablar müasir nəşriyyat sferasında özünəməxsus yeri olan TEAS PRESS nəşriyyat evində çap olunub. Kitablar kitab evinin sisteminə daxil olunub və elektron qeydiyyatdan keçən hər bir oxucu kitablardan artıq yararlana bilər.