Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-30 17:50:00
DİM tərəfindən fənlər üzrə onlayn hazırlıq kursları keçiriləcək  

Mayın 1-2-də Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarının Azərbaycan dili, fizika və tarix fənləri üzrə ilk məşğələləri, kimya, biologiya və ingilis dili fənləri üzrə isə növbəti məşğələləri keçiriləcək.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən təşkil olunacaq.

 

Kurslarda Bakı, Gəncə, Şəki, Şirvan, Göyçay, Xaçmaz və Naxçıvandan Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.