Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-28 14:12:00
MİQ-də imtaham nəticəsi və seçdiyi vakant yer eyniliyi yaşanarsa... - DƏQİQ İZAH

Təhsil Nazirliyinin MİQ müsabiqəsi ilə bağlı müəyyən etdiyi qaydalardan 4-cü bəndin izahı.

 

Toqquşma hallarında əmsalların tətbiq edilməsi:

 

Təhsil Nazirliyinin imtahan nəticəsi və seçdiyi vakant yer eyni olan  namizədlərin yerləşdirilməsi məqsədilə təqdim etdiyi meyarlar.

 

İzah: Mahir Əhədov

 

İstifadə edilmiş adlar, ballar və digər göstəricilər şərtidir, yəni izah məqsədi daşıyır!

 

Meyar 1. İxtisas balı

Nəticəyə ixtisas balının 1/100 hissəsi kəsir kimi əlavə olunur.

 

Aytən 52 bal (36 ixtisas, 16 metodika)

Murad 52 bal (37 ixtisas, 15 metodika)

 

Aytən 52,36 bal

Murad 52,37 bal

Nəticədə vakant yeri Murad qazanır.

 

Meyar 2. Təhsil göstəricisi

 

Bakalavr dərəcəsi   0,001 bal

Ali 5 illik və ya magistr dərəcəsi   0,002 bal

Fəlsəfə doktoru   0,003 bal

Elmlər doktoru  0,004 bal

 

Aytən 52 bal ( 34 ixtisas, 18 metodika)

Murad 52 bal (34 ixtisas, 18 metodika)

Hər iki namizəddə ümumi nəticə və ixtisas göstəriciləri eynidi.

 

Aytənin təhsili bakalavr 52,341 bal

Muradın təhsili magistr 52,342 bal

Nəticədə vakant yeri Murad qazanır.

 

Meyar 3. Təhsil haqqında sənəd

Fərqlənmə deyil  0,0000 bal

Fərqlənmədir       0,0005 bal

 

Aytən 52 bal (34 ixtisas, 18 metodika)

Murad 52 bal (34 ixtisas, 18 metodika)

Hər iki namizədin ixtisas balı eynidir, hər ikisi magistr təhsillidir.

Aytənin magistr diplomu adidir

Muradın magistr diplomu fərqlənmədir

 

Aytən  52,3420 bal

Murad 52,3425 bal

Nəticədə vakant yeri Murad qazanır.

 

Meyar 4. Pedaqoji staj

Staj ili kəsir hissəyə əlavə edilir.

 

Aytən 52 bal (34 ixtisas, 18 metodika)

Murad 52 bal (34 ixtisas, 18 metodika)

Hər iki namizədin ixtisas balı eynidir, hər ikisi magistr təhsillidir və hər ikisinin diplomu fərqlənmədir.

Aytənin 3 il stajı var

Muradın 4 il stajı var

 

Aytən  52,34253

Murad 52,34254

Nəticədə vakant yeri Murad qazanır.

 

Meyar 5. Yaşayış yeri

Faktiki yaşayış yeri nəzərə alınır.

 

Aytən 52 bal (34 ixtisas, 18 metodika)

Murad 52 bal (34 ixtisas, 18 metodika)

Hər iki namizədin ixtisas balı eynidir, hər ikisi magistr təhsillidir, hər ikisinin diplomu fərqlənmədir və hər ikisinin stajı 5 ildir.

Seçdikləri məktəb Astara rayonunda yerləşir.

 

Aytən  52,34255  (Lənkəranda yaşayır)

Murad 52,34255  (Astarada yaşayır)

 

Nəticədə vakant yeri Murad qazanır.

 

İzah: Mahir Əhədov.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları