Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-26 11:00:00
NASA-nın helikopteri Marsda rekord sürət yığdı

"Ingenuity" helikopteri Marsda üçüncü sınaq uçuşunu gerçəkləşdirərkən rekord sürət yığıb - saatda 7 km.

 

AzEdu.az xəbər verir ki, bu barədə NASA məlumat paylaşıb. Bildirilib ki, helikopter həmçinin rekord məsafə qət edib.


Bazar günü Ingenuity ikinci sınaqda olduğu kimi 5 m yüksəkliyə qalxıb, o, 50 m məsafəyə (təxminən bir futbol meydançasının yarısı) uçub və maksimal sürət - saniyədə 2 metr (7 km/saat) sürət yığa bilib.


NASA-nın məlumatına görə, Marsdakı üçüncü sınağında göstərdiyi nəticə Ingenuity-nin Yerdə çıxdığı bütün sınaqlardan daha yüksəkdir.


Qurumun saytında helikopterin uçuşu ilə bağlı şəkillər yerləşdirilib. Birində onun uçuşu, digərində isə uçuş zamanı çəkdiyi şəkil təsvir olunub.


Ingenuity aprelin 19-da Mars səthində ilk sınağını bitirib. Həmin gün o, planetin səthindən 30 saniyə ərzində 3 m yüksəyə qalxmışdı.