Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-25 10:50:00
Yaponiya koronavirusa qarşı yeni dərman istifadə edəcək  

 

Yaponiyada koronavirusa qarşı revmatoid artritin müalicəsində tətbiq olunan dərmandan istifadə ediləcək.

 

AzEdu.az-ın məlumatına görə, “Kyodo” xəbər verir ki,  ölkənin Səhiyyə Nazirliyi “Baricitinib”ın COVID-19 xəstələri üçün istifadəsini təsdiqləyib.

 

Bu, “Remdesivir” və “Deksametazon” dərmanlarının ardından üçüncü belə təsdiqlənmədir.

 

ABŞ-ın “Eli Lilly & Co” əczaçılıq firmasının Yaponiyadakı törəmə şirkəti dekabr ayında dərmanın yeni istifadəsi üçün tənzimləyicilərə müraciət etmişdi.

 

Sözügedən dərmanın ABŞ-da oksigen terapiyasına ehtiyac duyulan koronavirus xəstələrinin müalicəsində anti-viral “Remdesivir” dərmanına yanaşı olaraq istifadəsi qəbul edilib.