Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-01 17:08:00
Ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Nazirlər Kabineti  “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda” qərarında dəyişiklik edib.

 

AzEdu.az xəbər verir ki, Humanitar və sosial ixtisaslar qrupu üzrə Ekologiya hüququ, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə Elektron kommersiya, Təbiət ixtisasları qrupu üzrə  Aktuar riyaziyyat, Kompüter elmləri və texnologiyaları ixtisasları yaradılıb.

 

Eyni zamanda Texniki və texnoloji ixtisaslar qrupu üzrə  Logistika və nəqliyyat, Kibertəhlükəsizlik, Şəhər infrastrukturunda smart texnologiyalar, Şəhərsalma” ixtisası və Dayanıqlı şəhərsalma və region planlaşdırılması ixtisasları yaradılıb.