Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 15:36:00
Azərbaycanda daha 2237 nəfər koronavirusa yoluxdu  

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2237 yeni yoluxma faktı qeydə alınıb, 787 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 261 713 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 238 125 nəfər müalicə olunaraq sağalıb, 3 567 nəfər vəfat edib, aktiv xəstə sayı 20 021 nəfərdir.

 

Son sutka ərzində 14 885, hazırkı dövrədək isə 2 873 658 test aparılıb.