Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-31 12:35:00
İrlandiyalı tarixçi: "Ermənistan minalanmış ərazilərin xəritələrini təhvil vermədiyi üçün məsuliyyətə cəlb oluna bilər"

“Ermənilər işğaldan azad edilmiş Azərbaycan torpaqlarında günahsız mülki insanların ölümünə səbəb olan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyə məcburdurlar”.

 

AzEdu.az-ın məlumatına görə, bunu "Report"un ABŞ bürosuna açıqlamasında irlandiyalı tarixçi, doktor Patrik Uolş (Patrick Walsh) deyib.

 

Onun sözlərinə görə, bu kimi hadisələr bölgədə sülhün bərqərar olmasına və münasibətlərin normallaşmasına əngəl törədir: "Bununla da müharibənin uzanmasına şərait yaradır. 1980-ci ildə təsdiqlənmiş “Minaların, mina-tələlərin və digər qurğulann tətbiqinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında’' II Protokol minalanmış ərazilərin dəqiq qeyd edilməsini və döyüş əməliyyatları başa çatdıqdan sonra minaların təmizlənməsi üçün lazımi tədbirlərin alınmasını tələb edir. Həmin sənədlərdə qeyd olunub ki, istənilən şəraitdə mülki əhaliyə qarşı silah tətbiq etmək və qəsdən ölümə səbəbiyyət vermək qadağandır".

 

P.Uolş həmin sənədlərdə tələb olunanların nəzərə alınmamasından təəssüfləndiyini bildirib: "Bu protokola məhəl qoymayaraq həddini aşanlara qarşı sanksiyalar tətbiq edilmədi. Bu yaxınlarda bu mövzuda araşdırmaların nəticəsi olaraq keçirilən beynəlxalq konfranda da müharibə şəraitində minadan istifadə edənlərin, müharibədən sonra minaların basdırıldığı ərazilərdən çıxarılması üçün məsuliyyətə cəlb olunmasının zəruriliyi vurğulandı. Hələlik sözügedən sənədlərdə göstərilən şərtlərin icra olunması üçün heç bir mexanizm işləmir. Bu vəziyyətdə Ermənistanın məsuliyyətə cəlb olunması üçün hüquqi müstəvidə bir sıra sanksiyalar tətbiq edilə bilər".

 

İrlandiyalı tarixçi Ermənistanın bu əməlinin Azərbaycan əhalisinə qarşı terror məqsədi daşıdığını da vurğulayıb: "Ermənilər bölgədə sülhü bərpa etmək və münasibətləri normallaşdırmaq üçün addım atsalar daha yaxşı olar. Lakin bunu edəcəklərindən əmin deyiləm”.