Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 17:29:00
AzTU-nun məzunu, şəhid Elçin Əzizovun doğum günüdür

Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, Sərhəd Qoşunlarının baş leytenantı, şəhid Elçin Əzizov 1985-ci il martın 30-da Cəbrayıl rayonunda anadan olub.

 

AzEdu.az xəbər verir ki, Elçin Əzizov 2020-ci il oktyabrın 13-də, Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. O, II Fəxri xiyabanda dəfn edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Elçin Əzizov ölümündən sonra "Vətən uğrunda", "Vətənə xidmətə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

AzTU-nun əməkdaşları və tələbələri Elçin Əzizovun doğum günündə onun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildirib.

 

Daha sonra şəhidin ailə üzvləri ilə görüşdə qeyd olunub ki, AzTU öz qəhrəmanları və şəhidləri ilə fəxr edir və bundan sonra da onların əziz xatirəsi universitetdə yaşadılacaq.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Şəhidlərin ruhu qarşısında baş əyirik!