Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-30 16:17:00
Məcburiyyət və özəlliklərlə zəngin tədris şəbəkəsi – Almaniya  təhsil  SİSTEMİ

 

Dünya  ölkələrinin  özlərinə  məxsus  təhsil  sistemləri  mövcuddur.

 

Bəzi təhsil sistemləri  digər  ölkələr  tərəfindən  nümunə  olaraq  qəbul  edilir. Almaniya  təhsil  sistemi  də  bu  nümunələr sırasındadır.

 

Bəs Almaniya  necə  bir  təhsil  sisteminə  sahibdir? Şagirdlər  bu  sistem  çərçivəsində  nələr  öyrənir? Nə  kimi  fərq və özəllikləri   var? Sistem  neçə  səviyyədən  ibarətdir?

 

AzEdu.az  xarici KİV-ə istinadən  bu  suallara  cavab  olaraq  dünyaya nümunə  Almaniya  təhsil  sistemi  haqqında  ətraflı  araşdırmanı  təqdim  edir:

 

Yaxşı  təşkil  edilən  tədris  modelində  şagirdlər  bərabər  bir  sistemdə  təhsil  alırlar. Bu  modeldə  şagirdlər  universitet  səviyyəsinə  kimi   ailənin  maddi  dəstəyinə  ehtiyac  duymadan, rahatlıqla, bərabər  səviyyədə  tədris  görürlər. Almaniya  təhsil  sistemi  tələbələrin  təhsil  alarkən  eyni  zamanda  işləməsinə  şərait  yaradır  və  bu  sayədə  tələbələr  artıq  öz ayaqları  üzərində  dayana  bilirlər. Universitetlərin  akademik  sıralamasına  görə  Almaniya  dünyanın  ən  yenilikçi  və  köklü  ali təhsil müəssisələrinə  sahibdir  və  burada  təhsil  almaq  hər  tələbə  üçün  bir  şansdır.

 

Almaniyadakı  təhsil  səviyyələri

 

Almaniyada  6-15  yaş  arası  bütün  şagirdlərin  gündəlik  məktəbə  gəlmələri, təhsillərini  davam  etdirmələri  məcburidir. Ancaq  şagirdlər  adətən  18  yaşına  kimi  məktəbə  gəlir. Almaniya  təhsil  sistemində  şagirdlər  3  fərqli  səviyyədə  təhsil  alırlar: məktəbəqədər  təhsil, ibtidai  təhsil  və  orta  təhsil (Hautpschule, Realschule, Gymnasium)

 

Məktəbəqədər  təhsil 

 

Burada uşaqlar  əvvəlcə  özlərini  kəşf  edib, başqaları  ilə  ünsiyyət  qurmağı    öyrənmələri  və  sosiallaşmaları  üçün  bağçalara  göndərilirlər. Burada ailələr  adətən  3-6  yaş  aralığındakı  övladlarının bağçalarda tədris keçmələrinə maraqlıdırlar.   

 

Bu mərhələdə uşaqlar müxtəlif oyunlar  sayəsində ilkin tədris prosesinə adaptasiya olunurlar. Valideynlərin  övladlarını bağçalara göndərməsi  məcburi olmasa da, bir çox ailə bu təhsil səviyyəsini vacib hesab etdiyi üçün bu şansdan mütləq yararlanırlar.

 

İbtidai  təhsil (Grundchule)

 

Almaniyada  6  yaşında  olan  uşaqlar  artıq  təhsil  almağa  məcburdurlar  və  bu  təhsil  müddəti  bir  əyalətdə  9  il  davam  edir. Uşaqların  ibtidai  təhsil  müddəti  4  il  boyunca ( Berlin  və  Brandenburgda  6  il) davam  edir, bu  müddətdə  oxumaq, yazmaq  və  riyazi  hesablar  etməyi  öyrənirlər. Əlavə  olaraq  isə  müəllimlər  sosial  elm, tarix, coğrafiya, biologiya, fizika  və  kimya  fənləri  üzrə  də  təməl  məlumatlar  verirlər. Almaniya  təhsil  sistemi  şagirdlərin  musiqi, rəsm  və  yaradıcılıq  dərslərində  şagirdlərin  qabiliyyət  və  yeniliklərini  gücləndirmək  məqsədi  ilə  bir  çox  tədbir  və  ekskursiyalar  təşkil  edilir. İbtidai  təhsilin  tədris  planının  xüsusi  bir  hissəsini  təşkil  edir. Əvvəllər  sadəcə  ümumi  təhsil  səviyyəsində   tədris  edilən  xarici  dil  dərsləri  indi  artıq  ibtidai  təhsil  səviyyəsində  də  keçirilməyə  başlayıb  və  daha  yaxşı  nəticələr  əldə  edildiyi üçün  bu  dərslərin  sayı  artırılıb.

 

İbtidai  təhsildən  sonra  şagirdlər  bir-birindən  fərqli  təhsil  verən  ümumi  təhsil  məktəblərinə  göndərilirlər. Valideynlər  və  şagirdin  müəllimləri  uşağın  təhsil  qabiliyyətinə, göstəricilərinə  uyğun  olaraq  hansı  məktəbə  göndərilməsinə  qərar  verilər.

 

Orta  təhsil (Hautpschule, Realschule, Gymnasium)

 

Şagirdlər  ibtidai  təhsildən  sonra  Hautpschule, Realschule, Gymnasium-da  orta  təhsilə  davam  edirlər. Burada  şagirdin  maraq  dairəsi, qabiliyyət  və  bacarıqlarına  uyğun  olaraq  valideyn  və  müəllim  seçim  edir.

 

Hautpschule  tipli  orta  məktəblərə  adətən  təhsil  göstəriciləri  aşağı  olan  şagirdlər  göndərilir. Şagirdlər  bu  orta  məktəblərdə  təməl  dərslər  alaraq  ixtisas  baxımından  peşəkarlıq  qazana  bilirlər. Bu  qurumlarda  10-cu  sinfə  kimi  bütün  şagirdlərə  eyni  fənlər  üzrə  tədris  keçirilir, daha  sonra  isə  keçirilən  imtahan  nəticəsində  göstəriciləri  yaxşı  olan  şagirdlər  Realschule  və  Gymnasimua  göndərilirlər. Bu  imtahandan  keçə  bilməyən  şagirdlər  isə  Hautpschule-u bitirmələri  ilə  bağlı  diplom  alaraq  birbaşa  iş  həyatına  başlaya  bilirlər.

 

Realschuledə  6  il  müddətində  təhsil  alan  şagirdlər  Hauptschuledən  fərqli  olaraq  daha  geniş  tədris  mərhələsi  keçirlər. Gymnasium  ilə  müqayisədə  şagirdlərə  daha  ixtisasyönümlü  tədris  keçirilir. Şagirdlər  Realschule  tipli  bir  orta  məktəbi  bitirdikdə  “Zeugnis  des  Realschulabsschulsses”(Realschulenin  tamamlanma  sertifikatı) almağa  haqq  qazanırlar. Bu  sertifikat  ilə  istəyən  hər  bir  şagird  peşə  təhsilinə  davam  edə  bilər. Eyni  zamanda  onlar  katib  və  menecer  səviyyəsində  ictimai  sektorda  işləmək  üçün  qurumlara  müraciət  edə  bilirlər.

 

Gymnasium  tipli  orta  məktəblərə  isə  daha  çox  akademik  istiqamətdə  yoluna  davam  etmək   və  universitet  təhsili  almaq  istəyən şagirdlər  gedir. Gymnasium  tədris  planı, ədəbiyyat  və  incəsənət, sosial  elmlər, riyaziyyat  və  təbiət  elmləri  də  daxil  olmaqla  təməl  mövzulara  söykənərək  şagirdlərin  yüksək  səviyyədə  tədridsə  keçə  bilmələri  yetkinlik  qazanmaqları  məqsədi  ilə hazırlanıb. Bu  tip  bir  məktəbdə  oxuyan  şagirdin  təməl  hədəfi  “Abitur” adlandırılan  və  beynəlxalq  səviyyədə  tanınan  məktəbi  bitirməsi  ilə  bağlı  diplomu  almaq  üçün  təşkil  edilən  imtahanı  uğurla  keçməkdir. Almaniya  təhsil  sistemində  şagirdlərin  40% - i orta  təhsilə  bu  qurumlarda  davam  edir.

 

Almaniya  təhsil  sisteminin  fərqlilikləri

 

Alman  qiymətləndirmə  sistemində  şagirdlər  1  və 6  aralığında  qiymətləndirilir. 1  ən  yüksək, 6  isə  ən  aşağı  qiymət  hesab edilir. Fərqli  dərslərdəki  qiymətlərin  aşağı  olması, şagirdin  eyni  sinfi  təkrar oxumasına  səbəb  ola  bilər. Alman  təhsilalanlar  bir  akademik  ildə  ümumi  olaraq  190 gün  məktəbə  gedirlər. Buna  qarşılıq  olaraq  şagirdlərin  6  həftəlik  bir  yay  tətili  müddəti  var. Ölkə  səviyyəsində  sıxlığı  azaltmaq  məqsədi  ilə  məktəblərdə  16  əyalətdə  eyni  zamanda  tətil  edilmir. Bunun  əvəzinə  məktəb  qruplara  ayrılaraq  tətilə  göndərilir. Bəzi  kənd  yerləri  istisna  olmaqla  şagirdləri  daşıyan  məktəb  avtobuslarından   istifadə  edilmir. Şagirdlər  məktəbə  velosiped  yaxud  ictimai  nəqliyyatdan  istifadə  edərək  gedirlər.(okul.com.tr)